Gündəm / Cəmiyyət
26 fevral 2025
0

“Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Üzərindən uzun illər keçməsinə baxmayaraq, kədərini qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı bacı-qardaşlarımızı rəhmətlə yad edirəm”.

Bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı “X” hesabında etdiyi paylaşımda bildirib.

“Türkiyə dünən olduğu kimi bu gün və hər zaman Can Azərbaycanın yanındadır”, - deyə Hakan Fidan qeyd edib.