Gündəm / Cəmiyyət
26 fevral 2025
0
Peşə kurslarını bitirən 300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi peşə kurslarını bitirən 300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin edib.
Bu barədə agentlik məlumat yayıb.
"Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları bitirən 300 nəfərin fabrikdə məşğulluğu təmin olunub. Peşə təlimi davam edən digər şəxslərin də kursları bitirdikcə müəssisədə işlə təminatı həyata keçiriləcək",- məlumatda qeyd olunub.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə köçürülmüş, həmçinin ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət 400 şəxs həmin kurslara cəlb edilib. Bu prosesin davamı olaraq, Dövlət Məşğulluq Agentliyi qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün yaxın günlərdə tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranlar da Xankəndi tikiş fabrikində çalışacaqlar.

Daha çox xəbər:

Peşə hazırlığına cəlb olunanların təqaüdü iki dəfə AZALDILIR
Gündəm / Cəmiyyət
Bu şəxslərə əlavə təqaüd veriləcək - ŞAD XƏBƏR
Gündəm / Cəmiyyət
İşsizlərə şad xəbər: 1 il ərzində…
Gündəm / İqtisadiyyat
Azərbaycanda hansı universitetlərin məzunları iş tapa bilir... - ARAŞDIRMA
Gündəm / Cəmiyyət
Kimlərə ayda 345 manat ödəniləcək?
Gündəm / Cəmiyyət