Gündəm / İqtisadiyyat
10 mart 2022
29
İşsizlərə şad xəbər: 1 il ərzində…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi "Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı” çərçivəsində bu ilin əvvəlindən 332 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanılıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə 204, o cümlədən bu il 15 işəgötürənlə əməkdaşlığa başlanılıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 650 nəfər işlə təmin edilib.
Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.
"Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama //forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
(valyuta.az)
Daha çox xəbər:
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
Gündəm / Cəmiyyət / Sosial / Foto95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub
İqtisadiyyatSahil Babayev: “Xanımlar kişilərə nisbətən iş tapmaqda çətinlik çəkirlər”
Gündəm / SosialMüharibə veteranı olduqlarını belə öyrənəcəklər
Gündəm / CəmiyyətBu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / Sosial