Gündəm / Dünya
31 oktyabr 2023
1
Kanadanın İrəvandakı səfiri Azərbaycanla bağlı sanksiyalara qarşı ÇIXDI
Kanadanın Ermənistana yeni təyin olunmuş səfiri Endryu Törner ölkəsinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini istəməyib.
Səfir bu istəyini Kanada parlamentinin üzvü Hayder Makfersonun Azərbaycana qarşı mümkün sanksiyalarla bağlı sualını cavablandırarkən dilə gətirib.
Səfir qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vurma təhlükəsi var.
“İndi sanksiyaların tətbiqi davam edən sülh səylərinə zərbə vura bilər. Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstəyin mümkünlüyü barədə bəyanatlara şahid oldu. Bu isə Azərbaycanı sülh prosesinə töhfə verə biləcək beynəlxalq görüş və müzakirələrdən imtinaya məcbur etdi”, - Endryu Törner deyib.
Daha çox xəbər:
"Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur" - Ceyhun Bayramov
Gündəm / İqtisadiyyatKanada hökuməti İran, Rusiya və Myanmaya qarşı yeni sanksiyalar tətbiq edib
Gündəm / Dünya"Rusiya qarşı sanksiyalar dünya bazarına zərbə vuracaq"
DünyaCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / Dünya"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan
Gündəm / Siyasət