Gündəm / Siyasət
08 dekabr 2022
15
"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan
Ermənistan tezliklə sülh müqaviləsi layihəsinin redaktə olunmuş variantını Azərbaycana təhvil verəcək.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
O, Azərbaycan tərəfinin Ermənistana təhvil vermiş sülh müqaviləsi layihəsi ilə bağlı üçüncü təkliflər paketi üzərində çalışdıqlarını qeyd edib: "Biz mətn üzərində işi davam etdiririk və bizim redaktə etdiyimiz versiya tezliklə Azərbaycana ötürüləcək".
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan tərəfi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün bütün səylərini sərf edəcək: "Ermənistan hökumət timsalında bütün səylərini ortaya qoyub ki, biz sülh sazişi əldə edək. İndi ilin sonuna yaxın olduğundan bunun uğurlu olacağını söyləmək çətindir, lakin biz işləməyə davam edəcəyik və hər şey işin nəticəsindən asılıdır".
Daha çox xəbər:
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
Siyasət"Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, sülh sazişini imzalaya bilərik" - İlham Əliyev
Gündəm / Siyasət“İlin sonuna kimi Azərbaycan-Ermənistan liderlərinin görüşü ola bilər”
Gündəm / SiyasətErmənistan silahlı qüvvələrini Qarabağdan ÇIXARIR
Gündəm / Cəmiyyət"İl sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq" - Paşinyan
Gündəm / Dünya