Gündəm / Cəmiyyət
02 noyabr 2023
0
Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.
Hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.
Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.(Qafqazinfo”)
Daha çox xəbər:
Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi - Külli miqdara mənimsəmə
Gündəm / CəmiyyətMüdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI
Gündəm / HadisəVəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
HadisəAlimpaşa Məmmədov marallarının yemini icra nümayəndələrinə aldırıb
Gündəm / HadisəNəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində fəhlə işlədib
Gündəm / Cəmiyyət