Gündəm / Dünya
08 noyabr 2023
0
Humanitar yardım daşıyan 96 yük maşını Qəzza zolağına daxil olub
Beynəlxalq humanitar yardım daşıyan azı 96 yük maşını “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi məlumat yayıb.
“Beynəlxalq humanitar yardım daşıyan 96 yük maşını bu gün “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına gəlib”, - deyə məlumatda bildirilir.
Qeyd edildiyi kimi, bu yük maşınlarından 15-i anklav ərazisinə dərman preparatları, 31-i ərzaq, 8-i su, 19-u müvəqqəti yerləşdirmə məntəqələrinin işinin təşkili üçün zəruri olan əşyalar, daha 23-ü isə qarışıq yüklər daşıyıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında Qəzza zolağının əhali üçün hər gün 500 yük maşını humanitar yardıma ehtiyacı olduğunu bildirmişdi.
Mənbə: TASS

Daha çox xəbər:

Misir Rəfah keçid məntəqəsini yenidən bağladı - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Baş nazir ukraynalılara yardım aparan yük maşınını özü sürdü - FOTO
Gündəm / Cəmiyyət
Ermənistan Türkiyəyə növbəti humanitar yardımı göndərdi
Gündəm / Dünya
"Universitet tələbəsi yük maşını sürər?!" - Nazirlikdən qəza törədən şəxslə bağlı AÇIQLAMA
Gündəm / Hadisə
Ağdamdan Xankəndiyə daha bir yük maşını göndərildi
Gündəm / Cəmiyyət