Gündəm / Cəmiyyət
10 noyabr 2023
2
Şuşa Gənclər Paytaxtı SEÇİLDİ
Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.
İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.
Daha çox xəbər:
Tovuz Azərbaycanın "Gənclər Paytaxtı" elan edildi
Gündəm / HadisəPrezident onu gənclər və idman naziri təyin etdi
GündəmPrezidentdən Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN
Gündəm / SiyasətŞuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir
CəmiyyətŞuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtına namizədliyi irəli sürüləcək
Gündəm / Cəmiyyət