Gündəm / Siyasət
16 noyabr 2023
0
Prezident bu Mərkəzi ləğv etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmanın icrası ilə əlaqədar üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Mülki Məcəlləyə uyğun olaraq, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.
Daha çox xəbər:
Hərbi xidmətə çağırılanların tibbi müayinəsini bu nazirlik həyata keçirəcək - FƏRMAN
Gündəm / SiyasətNaxçıvanda daha bir Dövlət Xidmətinin baş idarəsi yaradıldı - SƏRƏNCAM
Gündəm / SiyasətBNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi
Gündəm / CəmiyyətPrezidentdən DTX ilə bağlı FƏRMAN
Gündəm / SiyasətPrezident hərbçilərin maaşlarını artırdı - FƏRMAN
Sosial