Gündəm / İqtisadiyyat
17 noyabr 2023
0

Gələn il ən çox artım hansı sahələrdə olacaq?


2024-cü ildə kənd təsərrüfatında 4.6% , tikintidə 3.4%, ticarətdə 3%, turizm sahəsində 15.8% , nəqliyyat sahəsində 4.5%, informasiya və rabitə sahəsində 9.5% artım proqnozlaşdırılır.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsinin (ikinci oxunuş) müzakirəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Bu proqnozlar baza ssenarisi əsasında formalaşıb və özünü doğruldacaq.