Gündəm / Cəmiyyət
21 noyabr 2023
0
Naxçıvana yolda rus qüvvələri ola bilməz - Xaçatryan
Ermənistan 9/10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək.
Bu barədə Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan deyib.
“Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək. Rusiyanın “əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, ona nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir” kimi son bəyanatlarına gəlincə, demək istəyirəm ki, bu, heç bir halda ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Ölkəmizin xüsusi təyinatlı qüvvələri yollarda təhlükəsizliyi təmin edəcək”, - o bildirib.
Daha çox xəbər:
Putini kim əvəz edəcək? - Patruşev ola bilməz
Gündəm / Dünya"Ermənistan hakimiyyəti mənə təzyiq edə bilməz" - Arutyunyan
Gündəm / DünyaPaşinyan Rusiyada İlham Əliyevlə görüşəcək?
Gündəm / Siyasət“Qadınları heç kim zorla ərə verə bilməz" - "Taliban"dan fərman
Dünya"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz" - İlham Əliyev
Siyasət