Gündəm / Cəmiyyət
23 noyabr 2023
0

Yanğında ölən şəxs Şəfəq Novruzun dayısıdır

Yanğında ölən şəxs Şəfəq Novruzun dayısıdır

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.

Yanğın zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.

Yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzun dayısıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Xatırladaq ki, R.Novruz bu il fevralın 21-də vəfat edib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. (Bakupost.az)

Fotoda: Ramiz Novruz və həyat yoldaşı