Gündəm / Mədəniyyət
25 noyabr 2023
1
"Dərnəgül" bazarındakı yanğında ölən sahibkarın FOTOSU
Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən sahibkar Razi Qasımovun fotosu yayımlanıb.
Fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb.
“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi”, - C. Novruz yazıb.
Xatırladaq ki, Razi Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır.

Daha çox xəbər:

Yanğında ölən şəxs Şəfəq Novruzun dayısıdır
Gündəm / Cəmiyyət
Ramiz Novruz vəfat etdi
Gündəm / Mədəniyyət
Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video
Gündəm / Mədəniyyət
Bazardakı yanğında 1 nəfər öldü
Gündəm / Hadisə
Səmayə Həşimova: “Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”
Gündəm / Cəmiyyət