Gündəm / Cəmiyyət
27 noyabr 2023
1

Ülvi Həsənli və Sevinc Vaqifqızının şikayəti TƏMİN EDİLMƏDİ


“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclaslarda qərar elan olunub.

Hər iki şikayət təmin edilməyib. Ü.Həsənli və S.Vaqifqızının həbsinin davamına qərar verilib.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./Qafqazinfo