Gündəm / Cəmiyyət
30 noyabr 2023
1
Azərbaycanda məktəblər bağlana bilər
"Hazırda əlimizdə olan məlumatlara əsasən, məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, əgər təhlükəli vəziyyət yaranarsa, məktəblərdə bir, yaxud ikihəftəlik qapanmalara gedilə bilər.
“Məktəblərdə Səhiyyə Nazirliyinin və Gigiyena və Epidemiologiya mərkəzlərinin statistikasına əsasən, xəstəliyə yoluxma halları azdır. Əgər valideyn övladında xəstəlik əlamətləri müşahidə edirsə, onun poliklinikaya müraciət etməsi tövsiyə olunur.
Hazırda əksər məktəblərdə xəstəliyə yoluxma ilə bağlı hansısa ciddi problem müşahidə etmirik. Valideynin övladını peyvənd etdirməsini tövsiyə edirik. Şagirdlərin qısa zaman ərzində, xüsusilə də aşağı yaşlarda peyvənd olunmasını sürətləndirmək lazımdır”.
Daha çox xəbər:
Azərbaycanda məktəblər bağlana bilər? - Nazir AÇIQLADI
Gündəm / CəmiyyətAli məktəblərdə dərslər hansı qaydada başlayacaq? - AÇIQLAMA
Gündəm / TəhsilMəktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ
Gündəm / CəmiyyətMəktəblərdə dərs zamanı telefon qadağan edilə bilər
Gündəm / CəmiyyətMəktəblərdə İntizam Şurası yaradılacaq
Gündəm / Siyasət