Gündəm / Cəmiyyət
04 dekabr 2023
0
Jurnalist Tiktokeri İFŞA ETDİ: “Milyonlarla dollar “qara pul…”
Jurnalist Məhəmmədəli Qəribli və “Tiktoker”Ləman Vəliyeva arasında qalmaqal yaşanıb.
Jurnalist “Facebook” hesabında “Tiktoker”in videosunu paylaşaraq bu sözləri yazıb: ”Bunun adı Ləmandır. Çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “TikTok”da milyonlarla dollar “qara pul” yuyan, Türkiyədəki “Dilan Polat” işindən heç nəyi ilə fərqlənməyən Azərbaycandakı “jeton mafiyası” tərəfindən mənə qarşı istifadə olunduğunu açıq etiraf edir. Mən bunu bilirdim”.
Qəribli Vəliyevanın sifarişlə onu təhqir etdiyi iddia edib:“Çünki buna sifariş edirdilər, canlı yayımda məni söyürdü, əvəzində pul ekvivalentində olan bahalı hədiyyələr atırdılar. Bilirsiniz niyə? Çünki mən bunların iç üzünü ifşa edirdim. Deyir ki, güya mənim ağzımı yumub. Səhv salır, bunun yumduğu başqa şey ola bilər. Mənim ağzımı yummaq bu səviyyədə olanların başı üçün deyil”.
Jurnalist aidiyyatı qurumların “TikTok” sosial platforması ilə bağlı tədbirlər görməməsindən şikayətlənib: “İndi həmin mafiya ilə bunun arası dəyib deyə, belə etiraflar edir. Təəssüflər olsun ki, çoxsaylı müraciətlərimə baxmayaraq, “TikTok” dakı “jeton mafiyası” ilə bağlı ciddi tədbir görülmür”.(Oxu)
Mövzu ilə bağlı “Tiktoker”lə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Daha çox xəbər:
Jurnalist Tiktokeri İFŞA ETDİ: “Milyonlarla dollar “qara pul…”
SosialJurnalist Tiktokeri İFŞA ETDİ: “Milyonlarla dollar “qara pul…”
Gündəm / Cəmiyyət"Jurnalist sualı təxribat məqsədilə verirdi" - Çingiz Abdullayev
SosialHüseyn “Park Bulvar”ı “partlatdı” - Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?
Gündəm / ŞouAlmaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi
Siyasət / Dünya