Gündəm / Cəmiyyət
06 dekabr 2023
0
Quru sərhədləri yanvarda açılacaq? - Təhlükəsizliklə bağlı problemlər hələ də...
Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq quru sərhədləri hələ də bağlıdır. Sonuncu dəfə karantin müddəti yanvarın 1-dək uzadılıb.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb.
Əksər ekspertlər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirirdilər. Lakin Azərbaycan 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə bütün ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa edib. Qarabağ tamamilə separatçı terrorçularından təmizlənib.
Quru sərhədlərinin nə vaxt açılacağı cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Son günlər bu məsələ yenidən müzakirəyə açılıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, sərhədlərə təhlükə hələ də mövcuddur. O deyir ki, sərhədlərin bağlanması ilk vaxtlar COVİD-19 pandemiyası ilə əlaqdar olub
"COVİD-19 pandemiyası isə artıq bitib. Lakin müəyyən təhlükəsizlik məsələləri nəzərə alınmaqla sərhədlər bağlı olaraq qalır. Bəli, 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri bütün əraizlərimizdə suverenliyimizin və konstitusiya quruluşumuzun bərpa olunması ilə nəticələnib. Buna baxmayaraq, sərhədlərə təhdidlər hələ də mövcuddur. Suverenliyimizi bərpa etsək də, Ermənistanla sərhəd tam müəyyənləşdirilməyib. Bununla bağlı Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyasının noyabrın 30-da iclası keçirildi".
Deputat quru sərhədlərinin açılması məsələsinin hazırda gündəmdə olmadığını vurğulayıb:
"Məlum məsələdir ki, quru sərhədlərinin açılıb-açılmaması ilə bağlı Milli Məclis qərar vermir. Məsələ Nazirlər Kabinetindən və onun yanında fəaliyyət göstərən Operativ Qərargahdan asılıdır. Düşünürəm ki, bununla əlaqədar təhlillər aparılır və risklər araşdırılır. Biz hökumətin qərarlarını gözləməliyik. Yalnız bundan sonra quru sərhədlərinin açşılmasından danışa bilərik. Hazırda gündəm onu deməyə əsas verir ki, quru sərhədlərinin açılması planda yoxdur. Mən quru sərhədlərinin açılmasının cəmiyyətimizi maraqlandırdığı ilə razıyam. Sərhədyanı ərazilərdə yaşayan insanlar üçün gəliş-gediş məsələsi var. Mən də arzulayardım ki, quru sərhədlərinin açılması məsələsi tezliklə öz həllini tapsın. Amma hələ mən bu istiqamətdə heç bir əlamət görmürəm”.
Politoloq Turab Rzayev quru sərhədlərinin açılmamasının səbəbini təhlükəsizlik məslələri ilə əlaqələndirib:
"Quru sərhədlərinin bağlı qalması ölkəyə xaricdən təxibatçıların daxil olub təhlükəsizliyi pozmaq ehtimalı ilə bağlıdır. Xüsusilə də şimal, cənub qonşularımızdan belə bir təhlükə gözlənilə bilər. Ona görə də faktiki olaraq, Azərbaycan tərəfi əsasən Rusiya və İranla sərhədlərini bağlı saxlamağa çalışır. Gürcüstan sərhədindən elə bir təhlükə yoxdur. Ancaq bir sərhədi bağlı saxlayıb, digərini açmaq olmaz. Çünki bu ciddi suallar doğura bilər. Ona görə də pandemiya və digər məsələlər səbəb göstərilərək bütün sərhədlər bağlı saxlanılır".
Daha çox xəbər:
"Quru sərhədləri birmənalı şəkildə açılmalıdır" - Deputat
Hadisə"Quru sərhədlərinin açılmasına ehtiyac var" - Deputat
Gündəm / SosialBu şəxslər quru yolla sərhədi keçə bilər
Gündəm / CəmiyyətAzərbaycanın bu ölkə ilə quru sərhədi açılır
Gündəm / Cəmiyyət"Quru sərhədlərin açılması məsələsinə baxılsın" - Deputat
Gündəm / Cəmiyyət