Gündəm / Cəmiyyət
07 dekabr 2023
1

Azərbaycanda baş verən zəlzələ Qazaxıstanın liman şəhərində hiss olunub


Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.

Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi yayıb.

Qeyd olunur ki, Qazaxıstan Aktau şəhərində Rixter cədvəli üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zəlzələnin episentri Almatıdan 2 289 kilometr aralıda, Azərbaycan ərazisində, Xəzər dənizində, 35 metr dərinlikdə yerləşib”, - məlumatda bildirilir.

Mənbə: Tengrinews