Gündəm / Dünya
11 dekabr 2023
0

Çin prezidentinin avtomobilini atəş topu ilə sınaqdan keçirtdilər


Elektrikli avtomobilə üstünlük verən Çin prezidenti Si Cinpinin sürəti və vizual görünüşü ilə yanaşı dayanıqlığı ilə də seçilən vasitədən istifadə etməsi diqqət çəkir. 

Bu dayanıqlılığa maraq göstərən çinli tədqiqatçılar eyni avtomobili satın alaraq bir sınaq keçiriblər. 

Belə ki, SUV markalı avtomobil  atəş topu ilə davamlılıq baxımından sınaqdan keçirilib. Alov topunun nəhəng kranın köməyi ilə avtomobilə tam sürətlə dəydiyi bir vaxtda avtomobilin kiçik dəliklərdən başqa heç bir zərər görməməsi hətta təcrübə aparan tədqiqatçıları belə təəccübləndirib.

Hələ də istifadəyə yararlı olan nəqliyyat vasitəsinin o qədər güclü olması ekspertləri heyrətə salıb ki, ona dəyən top sərnişin oturacağındakı şəxsə belə zərər vurmayıb.