Gündəm / Cəmiyyət
13 dekabr 2023
4
Azad edilən hərbçilərimizdən ilk AÇIQLAMA
Səhhətim yaxşıdır, sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır.
Bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundov deyib.O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.
Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq. Vətən üçün can verərik, can da alarıq".
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib.
Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.
7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Daha çox xəbər:
Hüseynlə Aqşin erməni əsirliyindən azad edilir
Gündəm / CəmiyyətƏsirlər harda, kimin vasitəçiliyilə dəyişdiriləcək...
Gündəm / CəmiyyətErməni hərbçilər azərbaycanlılarla yaxın günlərdə dəyişdiriləcək - Simonyan
Gündəm / DünyaBaş prokuror əsir hərbçilərimizin Vətənə gətirilməsindən DANIŞDI
Gündəm / HadisəDaha 95 erməni hərbçinin meyiti təhvil verildi - Rəsmi
Gündəm / Cəmiyyət