Gündəm / Siyasət
19 dekabr 2023
0
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi - Təsdiqləndi

Mərkəzi Seçki Komissiyası (MSK) İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.
***
MSK, həmçinin YAP-ın növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib.
Qərarla aşağıdakı şəxslər partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndələri təyin olunub:
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini Əli Əhmədov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev təyin edilib.
Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq, qəbul olunub.

Daha çox xəbər:

Prezidentliyə namizədlərin sayı 6-ya çatdı - Adlar
Gündəm / Siyasət
MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqləndi
Gündəm / Cəmiyyət
Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq
Gündəm / Siyasət
Bu gün YAP iclas keçirəcək - Partiya namizədini rəsmiləşdirəcək
Gündəm / Cəmiyyət
Ərdoğan YAP nümayəndə heyətini qəbul edib
Gündəm / Siyasət