Gündəm / Cəmiyyət
16 avqust 2022
15
MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqləndi

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni strukturu və ştat cədvəli təsdiqlənib.
Bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Daha sonra məsələ səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, MSK-nın ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilərək Media və kommunikasiya şöbəsi edilib, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. Bundan əlavə, İnsan resursları sektoru yaradılıb.

Daha çox xəbər:

AzTU-da struktur dəyişiklikləri edilib
Cəmiyyət / Təhsil
Media üçün dövlət rüsumunun 10 dəfə azaldılması təsdiqləndi
Gündəm / Cəmiyyət
"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / Cəmiyyət
Parlamentin İntizam Komissiyasının Əsasnaməsi müzakirə edildi
Gündəm / Siyasət
Jurnalist vəsiqəsinin verilməsinə dair layihə təsdiqləndi
Gündəm / Cəmiyyət