Cəmiyyət / Təhsil
10 sentyabr 2020
72
AzTU-da struktur dəyişiklikləri edilib
Milliinfo.az
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.AzTU-dan "Report"a verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq universitetin akademik və inzibati strukturunda bəzi dəyişikliklər edilib.
Belə ki, Beynəlxalq əlaqələr şöbəsi ləğv edilib. Onun bazasında 2 şöbə - Əcnəbi tələbələrlə iş və Xarici əlaqələr şöbəsi yaradılıb, həmçinin AzTU-nun strukturunda müstəqil Dil Mərkəzi təşkil olunub.
Müdafiə sənayesi üçün mühəndis hazırlığına yüksək tələbin qarşılanması məqsədilə Xüsusi texnika və texnologiya fakültəsinin yenidən qurulmasına qərar verilib. Belə ki, Xarici dillər kafedrası bu fakültənin strukturundan çıxarılaraq İqtisadiyyat və idarəetmə fakültəsinin tərkibinə daxil edilib.
Yeni tədris proqramlarına uyğun tələblər nəzərə alınaraq Azərbaycan dili və pedaqogika, İctimai fənlər kafedralarında tədrisin yenidən təşkil edilməsinə qərar verilib.
AzTU-da ingilis dili fənninin tədrisinin yenidən təşkil olunması üçün Türkiyənin OSTİM Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlığın qurulması İqtisadiyyat və idarəetmə fakültəsinin dekanına tapşırılıb.
Yeni təhsil ilində tədris prosesinin təşkili, idarə edilməsi və nəzarətin həyata keçirilməsi üçün Elmi Şuranın iclasında geniş müzakirələr aparılıb və əhəmiyyətli qərarlar qəbul edilib.
Daha çox xəbər:
İkili diplom müqaviləsinin icra mexanizmləri haqqında videokonfrans keçirilib
Cəmiyyət / TəhsilMilli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
SiyasətQəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldı
TəhsilNazirlər Kabineti tədris ili ilə bağlı qərar verdi
Gündəm / TəhsilBakı Dövlət Universitetinin əlaçı məzunları: Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik
Təhsil