Gündəm / Cəmiyyət
27 dekabr 2023
1
DİN-dən qeydiyyatı olmayanlara şad xəbər
“Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər”.
DİN-in mətbuat xidmətindən bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir.
Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazov bu gün keçirilən müşavirədə seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.
Daha çox xəbər:
DİN vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini AÇIQLADI
Gündəm / Cəmiyyət15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi təsdiləndi
Gündəm / CəmiyyətAzərbaycanda müvəqqəti qeydiyyat LƏĞV EDİLDİ
Gündəm / CəmiyyətDaxili işlər naziri İsmayıllıda qəbul keçirəcək
Gündəm / CəmiyyətVilayət Eyvazov Bərdədə vətəndaşları qəbul edəcək
Gündəm / Cəmiyyət