Gündəm
26 aprel 2019
86
Bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.
"Azərişıq" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.
"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.[s][/s]
