Gündəm
24 aprel 2019
63
Bu rayonda bugün su olmayacaq.

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.
"Azərsu" ASC-dən Bes .Az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
