Gündəm
24 aprel 2019
91
Yasamal sakinləri səhəri belə açdı.

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.
milliinfo.az-a zərərçəkənlərin verdiyi məlumata görə, rayonun İnşaatçılar prospekti, Bina 1, mənzil 28, 29, 30 ünvanında su sayğacları oğurlanıb.
Bina sakinləri oğurluq hadisəsi ilə bağlı bunu deyiblər:
"Səhəri "sürprizlə" qarşılaşdıq. Binanın su sayğacları oğurlanıb. Səhər 7-də səs-küylə qonşular yığılıb. Baxırıq ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki sayğaclar yoxdur".
Qeyd edək ki, oğurluq olayı ilə bağlı sakinlər polisə xəbər veriblər
