Gündəm / Siyasət
09 yanvar 2024
0
BƏƏ Prezidentinin rəsmi qarşılanma mərasimi

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Daha çox xəbər:

İlham Əliyev Misir Prezidentini qarşıladı
Gündəm / Siyasət
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat etdi
Gündəm / Dünya
Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
Gündəm / Siyasət
BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini andı - Foto
Gündəm / Cəmiyyət
Prezident BƏƏ-nin Bakıdakı səfirliyində olub
Gündəm / Siyasət