Gündəm / Cəmiyyət
13 yanvar 2024
0
“Tut ağacı” mahnısının sözlərini Bakının keçmiş merinin xanımı yazıb - FOTO
Əməkdar artist Aygün Bəylərin ölümü onun ifasında səslənən bir sıra məşhur bəstələri, o cümlədən həzin melodiyalı “Tut ağacı” mahnısını gündəm edib.
Mərhum müğənninin təkrarolunmaz ifası ilə qəlblərı yol tapan mahnının musuqisi bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsusdur.
Ötən gün "Tut ağacı" mahnısının necə yarandığı barədə qısa tarixçəni oxuculara təqdim etmişdik.
Bəs bu məşhur mahnının sözlərini yazan Zakirə Allahverdiyeva kimdir?
Modern.az saytının məlumatına görə, sevilərək dinlənilən "Tut ağacı" mahnısının sözlərini yazan şairə Zakirə Allahverdiyeva Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin həyat yoldaşıdır.
Rafael Allahverdiyev Birinci (1995-2000) və İkinci (2000-2005) çağırış Milli Məclisin üzvü olub. O, həm də uzun müddət (3 iyul 1993 - 16 oktyabr 2000-ci il) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olub.
2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən istefa verib. Daha sonra 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə mühacir həyatı yaşamağa məcbur olub.
R.Allahverdiyev 2009-cu il yanvarın 11-də xərçəngdən dünyasını dəyişib. Onu Bakının Fatmayi kəndindəki qəbiristanlıqda torpağa tapşırıblar.
Zakirə və Rəfael Allahverdiyev cütlüyünün 3 övladı dünyaya gəlib.
Daha çox xəbər:
Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb... - Maraqlı TARİXÇƏ
Gündəm / CəmiyyətAygün Bəylər vəfat etdi
Gündəm / MədəniyyətƏməkdar artistlərin "toqquşması" - Video
ŞouBu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar - SİYAHI
Gündəm / Cəmiyyətİbrahim Tatlısesin məşhur mahnısının sözlərini AZƏRBAYCANLI MEYXANAÇI YAZIB - VİDEO
Gündəm / Cəmiyyət