Gündəm / Siyasət
22 yanvar 2024
0
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:
3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
3.2. telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
3.3. yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
3.4. idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
3.5. bu Fərmanın 3.1 – 3.4-cü bəndləri ilə əhatə olunmayan digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.
4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 3.1-1.1-ci” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

Daha çox xəbər:

DGK-nin 30 illiyi münasibətilə medal təsis edildi - FƏRMAN
---
İlham Əliyev “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik etdi
Gündəm / Siyasət
İlham Əliyev 4 fərman imzaladı
Gündəm / Siyasət
Milli Məclisin növbəti iclası təxirə salındı
Siyasət
İlham Əliyev “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi
Gündəm / Siyasət