Gündəm / Cəmiyyət
29 yanvar 2024
2
Səfirliyimizə hücum edən şəxslə bağlı tezliklə QƏRAR VERİLƏCƏK
Şənbə günü İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.
Bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi məhkəmə ilə bağlı bir sıra detalları açıqlayıb.
Onun sözlərinə görə, məhkəmənin hökmü tezliklə elan olunacaq.
“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq", - Kənani deyib.
Sözçü vurğulayıb ki, iki ölkənin dövlət qurumları hadisənin əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. "Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, - XİN sözçüsü qeyd edib.
Daha çox xəbər:
İrandakı səfirliyimizə hücum edənə ölüm cəzası verildi
Gündəm / Cəmiyyətİrandakı səfirliyimizə hücum edən terrorçu EDAM OLUNUR?
Gündəm / DünyaAzərbaycanın Tehrandakı səfirliyinə hücum ilə bağlı İrandan AÇIQLAMA
SiyasətAzərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənir
Gündəm / Siyasətİrandakı səfirliyimiz bu halda fəaliyyətini bərpa edəcək
Gündəm / Siyasət