Gündəm / Cəmiyyət
30 yanvar 2024
0
Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar
“Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdikləri saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir.
Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilərlər”.Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında deyilir.
“Dələduzların qurbanı olmamaq üçün vətəndaşları ehtiyatlı olmağa səsləyirik. Naməlum mənbələrdən göndərilən hiperlinklərin domen hissəsinə xüsusilə diqqət edilməlidir. “E-Gov” portalının domen ünvanının yalnız https://e-gov.az olduğunu vurğulamaq istərdik.
Bundan əlavə, göndərilən hiperlinklərin başlığında “https”, yəni təhlükəsiz mətn göndərişi əlaqə protokolunun olmasına diqqət edilməlidir. Bu hiperlinklər təhlükəsiz hesab olunur. Dələduzların göndərdiyi hiperlinklər isə “http”, yəni şifrələnməmiş, təhlükə yarada biləcək protokolla göndərilir”, - deyə məlumatda qeyd olunur.
İRİA-dan vurğulanıb ki, qurum heç bir halda “E-Gov” domenindən istifadə edərək vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında hiperlink göndərmir.
Daha çox xəbər:
Banklarla bağlı dələduzluq - Diqqətli olun!
Gündəm / CəmiyyətDİQQƏT: Dələduzluqla vətəndaşların pullarını mənimsəyən saytlar açıqlandı - FOTO
Gündəm / CəmiyyətBelə mesajlar alırsızsa, ehtiyatlı olun! - Rəsmi xəbərdarlıq
Gündəm / CəmiyyətVətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətNaxçıvanın Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürüldü
Gündəm / Cəmiyyət