Gündəm / Cəmiyyət
01 fevral 2024
0
Prokurorlara yeni səlahiyyət verilir
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.
Yenixeber.org xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.
Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Bu şəxslər 20 ilədək azadlıqdan məhrum ediləcək
Gündəm / CəmiyyətUşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
GündəmValyutadəyişmə ilə bağlı yeni tələblər
Gündəm / İqtisadiyyatBakının mərkəzində BİABIRÇILIQ: Azyaşlılar gecə vaxtı məcburi əməyə cəlb olunurlar - VİDEO
Gündəm / VideoValideyn himayəsindən məhrum olan şəxslərlə bağlı qanun DƏYİŞDİRİLDİ
Gündəm / Cəmiyyət