Gündəm / Cəmiyyət
06 fevral 2024
0
Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandı
Tərtər rayonunda minaya düşən Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl minaya düşmə səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
Qeyd edək ki, H. Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirib. 90 baldan yuxarı fərqlənmə diplomu ilə məzun olan gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.(Qafqazinfo)
Daha çox xəbər:
Tərtərdə minaya düşən şəxsin son durumu - YENİLƏNİB
Gündəm / HadisəMinaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib
Gündəm / CəmiyyətTərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edildi
Gündəm / CəmiyyətAtışmada yaralananların vəziyyəti açıqlandı - YENİLƏNİB
Gündəm / CəmiyyətFüzulidə 3 nəfər MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə