Gündəm / Hadisə
02 avqust 2022
19
Füzulidə 3 nəfər MİNAYA DÜŞDÜ

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan bildirilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbər:

Cəbrayılda tikinti işləri aparan şəxs MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə
ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB
Gündəm / Hadisə
Daha bir hərbçimiz Zəngilanda MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə
Minaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib
Gündəm / Cəmiyyət
Füzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Gündəm / Hadisə