Gündəm / Cəmiyyət
09 fevral 2024
0

Azərbaycanda zəlzələ oldu


Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 05.49-da Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələnin maqnitudası 3,9, yeraltı təkanların dərinliyi 62 km olub.