Gündəm / Siyasət
13 fevral 2024
0
“Bu seçkilər milyonların öz xilaskarına minnətdarlığı idi”
“Fevralın 7-si keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın tarixinə, taleyinə mühüm hadisə kimi yazıldı”.
Bu fikirləri Bakı şəhər 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimov bildirib.
D.Kərimovun sözlərinə görə, demokratik şəraitdə seçmək hüququndan istifadə edən xalqımız növbəti dəfə seçkinin yüksək səviyyədə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün böyük siyasi fəallıq göstərdi:
“Bu seçkilərin mahiyyətində Azərbaycan xalqının sabahı, intibahı, zəfər yolunun aydın məqamları, ən əsası isə Azərbaycanın taleyi, müstəqilliyi dayanırdı. Bu, bütöv Azərbaycanda keçirilən ilk seçki idi. Müzəffər Ali Baş Komandanın qüdrətinin təcəssümü olan Xankəndidə baş tutan ilk seçki xalqın öz Prezidentinə və iqtidarına olan inamını bir daha rəsmi şəkildə göstərdi.
Bu, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində zəfər qazanan və dövlətinə güvənən milyonların öz xilaskarına minnətdarlığı idi. Beynəlxalq müşahidəçilər də seçkini yüksək qiymətləndirdilər. Hər biri mötəbər təşkilatlardan olan müşahidəçilər respublikamızın müxtəlif bölgələri, habelə paytaxt Bakı və işğaldan azad olunmuş ərazilərdə seçki prosesini izləyiblər. Beynəlxalq müşahidəçilər zəfər seçkisinin tam şəffaf və demokratik təşkil edildiyini, seçici fəallığının yüksək səviyyədə olduğunu qeyd ediblər”.
Daha çox xəbər:
Spiker İtaliya və Serbiya müşahidə missiyalarının üzvləri ilə görüşdü
Gündəm / CəmiyyətAzərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Gündəm / Siyasət“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri: “İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi strateji milli maraqlarımızın təmin olunması baxımından mühüm şərtdir”
Cəmiyyətİlham Əliyevin namizədliyi Azərbaycan xalqının arzu və istəkləridir - Spiker
Gündəm / SiyasətPrezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür
Gündəm / Siyasət