Cəmiyyət
29 yanvar 2024
1
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri: “İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi strateji milli maraqlarımızın təmin olunması baxımından mühüm şərtdir”
“Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikasının tarixində mühüm hadisə olacaq. Biz, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi olaraq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq gündəliyə gətirmiş İlham Əliyevin namizədliyini dəstəkləyirik”. Bunu “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova deyib.
Onun sözlərinə görə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. “Bu reallıqların müəllifi də məhz İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin kuminasiya nöqtəsini təşkil edir”, – deyə ictimai birliyin sədri qeyd edib.
“Azərbaycan xalqı 30 ildən çox müddətdə Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdi. Torpaqlarımızın azad edilməsi bu müddət ərzində dövlətimizin qarşısında dayanan bir nömrəli vəzifə idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən ərazilərimiz işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə də xalqımız dövlət başçısının yanında oldu, ona güclü dəstək nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz liderinə inam və etimadı sarsılmazdır. Xalq hər zaman İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.
Büllür Məmmədova xüsusilə təkrar-təkrar qeyd etməyi vacib sayır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
“Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bütün bunların fonunda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirib”.
İctimai birliyin sədri bildirib ki, tarixi Zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. “Eyni zamanda, qarşıda yenə də müəyyən hədəflərimiz var ki, Prezident İlham Əliyevin liderliyi ilə buna nail olacağımız şübhəsizdir. Ona görə də, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi strateji milli maraqlarımızın uğurla təmin olunması baxımından başlıca şərtdir”.
Daha çox xəbər:
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi narkomaniya əleyhinə layihəyə start verdi
Gündəm / CəmiyyətQHT sədri valideynləri ehtiyatlı olmağa çağırdı
Cəmiyyət“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili layihəsinə start verdi
Gündəm / Cəmiyyət“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi
Gündəm / Cəmiyyət“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxını hazırladı
Sosial