Gündəm / Cəmiyyət
13 aprel 2023
2
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi ilə bağlı Cəlilabad rayonu 9 saylı tam orta məktəbdə hazırladığı sosial videoçarxın təqdimatını və konfrans keçirib. Qeyd edək ki, layihənin əsas məqsədi narkotik maddələrin və psixotrop maddələrin gənclər arasında yayılması və istifadəsinin qarşısının alınması, narkomaniya əleyhinə genişmiqyaslı təbliğat işlərinin aparılması, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olunması, rayonlarda yaşayan gənclərin sosial aktivliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, mövzuya aid məzmunlu və təsirli sosial videoçarx hazırlayaraq ictimaiyyətə təqdim etmək idi.
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Cəlilabad rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Cəlilabad Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cəlilabad bölgəsi üzrə şöbəsinin və Cəlilabad rayonu 9 saylı tam orta məktəbin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistik göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.
Daha çox xəbər:
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi narkomaniya əleyhinə layihəyə start verdi
Gündəm / Cəmiyyət“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Lənkaranda təqdimatını keçirdi
Gündəm / CəmiyyətBaş Prokurorluqdan narkomaniya ilə bağlı vətəndaşlara MÜRACİƏT - VİDEO
Gündəm / VideoŞuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir
CəmiyyətƏhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR
Gündəm / Cəmiyyət