Gündəm / Cəmiyyət
14 fevral 2024
3
Əhmədin öldürdüyü Mehman mən deyiləm - Açıqlama
Oğlu tərəfindən qətlə yetirilən Mehman Əhməd oğlu Əhmədovla ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm.
Bu sözləri Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İnfranstruktur departamentinin sabiq rəisi Mehman Əhmədov qətlə yetirilməsi haqda xəbəri təkzib edərkən deyib.
O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib:
“Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, Quqlda ad, soyad, ata adını yazıb adamın kimliyini öyrənmək istəyiblər, nəticə də belə olub.
Bəli, 2022-ci ilin sonuna kimi ADY-də İnfranstruktur Departamentinin rəisi olmuşam və cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin informasiyanı götürüb, xəbərə əlavə ediblər. Axı ad-soyad uyğun gəlir. Bu məsələ mənə, ailəmə, doğmalarıma, dostlarıma böyük sarsıntı yaşatdı”.(Globalinfo)
Daha çox xəbər:
Bakıda dəhşətli qətl: Atası, anası və azyaşlı övladını ÖLDÜRDÜ
Gündəm / Cəmiyyətİlham Əliyev iki idmançını təltif etdi - SƏRƏNCAM
Gündəm / SiyasətÇingiz Abdullayev jurnalisti təhqir etməsi barədə: “Dediklərimdən peşman deyiləm”
Gündəm / MədəniyyətPrezident onları təltif etdi - SİYAHI
Gündəm / SiyasətArvadını qətlə yetirib özünü güllələdi
Hadisə