Gündəm / Dünya
15 fevral 2024
0
Tramp: ABŞ hazırkı rəhbərliyin siyasətinə görə cəhənnəmə yuvarlanır
ABŞ hazırkı Prezident Cozef Baydenin administrasiyasının siyasətinə görə cəhənnəmə yuvarlanır.
Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Ölkəmiz cəhənnəmə yuvarlanır. ABŞ Bayden vəzifəyə başlamazdan əvvəl güclü, zəngin, təhlükəsiz və daha inamlı idi”, - o bildirib
D.Tramp qeyd edib ki, prezident administrasiyasının siyasəti səbəbindən milyonlarla insan ölkəyə axışır.
Keçmiş lider Cozef Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Daha çox xəbər:
Donald Tramp: Seçkilər qətiyyən təxirə salınmayacaq
Siyasət / DünyaABŞ-da prezident seçkiləri təxirə salına bilər
Siyasət / DünyaBayden çıxışı zamanı yenə səhv etdi
DünyaTramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür
Siyasət / Dünya"Bayden müttəfiqləri ilə sələfi Donald Tramp kimi davranır" - Almaniya
Gündəm / Dünya