Gündəm / Cəmiyyət
15 fevral 2024
0
Prezidentdən əlillər və şəhid ailələri ilə bağlı - Sərəncam
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb.
Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2025-ci illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.
Xatırladaq ki, indiyədək bu müddət 2022-ci və 2023-cü illəri əhatə edirdi.
Daha çox xəbər:
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Siyasət / Gündəmİlham Əliyevdən şəhid ailələri ilə bağlı FƏRMAN
Gündəm / CəmiyyətHərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Yeni mexanizm yaradılır
Gündəm / CəmiyyətBu şəxslərə ev veriləcək - SƏRƏNCAM
Gündəm / SiyasətNazirlik Prezidentin son Fərmanı ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət