Gündəm / Cəmiyyət
21 fevral 2024
1
Kamil Zeynallı İrəvanın tələbi ilə saxlanıldı - Video

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.
Bu barədə idmançı İnstaqram hesabında məlumat yayıb.
O, videomüraciətində bildirib ki, ölkəyə qayıdarkən, Moskva aeroportunda saxlanılıb.
Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb:
“May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar".
İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları onu gəlib aparacaq.
O, Azərbaycan dövlətindən yardım istəyib.

Daha çox xəbər:

Kamil Zeynallı bu gün bu saatda azadlığa çıxır - Vəkilindən AÇIQLAMA
Gündəm
Həbs olunan Kamil Zeynallı ilə bağlı yeni qərar verilə bilər
Gündəm
Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
Cəmiyyət / Sosial
Əvəz Zeynallının saxlanma xəbəri yayıldı
Gündəm / Cəmiyyət
Partiya sədri SAXLANILDI
Gündəm / Hadisə