Gündəm / Hadisə
21 fevral 2024
0
Psixiatriya Xəstəxanasında pasiyent öldü
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.
Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

Daha çox xəbər:

Şəkidə 5 yaşlı qızdırmalı uşaq xəstəxanada öldü - Rəsmi
Gündəm / Hadisə
Bakıda azyaşlı naməlum qurğudan aldığı xəsarətdən ÖLDÜ
Gündəm / Cəmiyyət
Füzulidə 3 nəfər MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə
Zavodda partlayış - Yaralılar var - Yenilənib
Gündəm / Hadisə
Şabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB
Gündəm / Hadisə