Gündəm / Cəmiyyət
26 fevral 2024
0
Hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.
Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. (Report)
Daha çox xəbər:
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Gündəm / Cəmiyyətİlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
Gündəm / SiyasətÖzbəkistan portalı Xocalı faciəsi haqqında məqalə yayıb
Siyasət / DünyaXocalı soyqırımının 32-ci İLDÖNÜMÜ
Gündəm / Cəmiyyətİlham Əliyev və Mehriban Əliyeva "Xocalı yürüşü"nə qatıldı - YENİLƏNİB
Gündəm / Siyasət