Gündəm / İdman
01 mart 2024
1
Arda Gülər AVRO-2024-ü buraxa bilər
"O, çox az oynayır, amma istedadı var. Lakin mən yalnız fiziki cəhətdən ən yaxşı olan oyunçuları AVRO-2024-ə aparacam”.
Bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında deyib.
İtaliyalı mütəxəssis Arda Güləri diqqətlə izlədiyini bildirib: “Aldığı zədələr onda problem və inamsızlıq yaradır. Oyunlarda çox az çıxış edir. Fiziki cəhətdən yaxşı deyil, ona görə də Arda Gülər AVRO-2024-ün heyətində yer almaya bilər”.
Qeyd edək ki, Türkiyə AVRO-2024-də F qrupunda yer alacaq. “Ay ulduzlular”ın 2 rəqibi bəllidir. Bunlar Çexiya və Portuqaliyadır. Qrupun digər komandası isə Millətlər Liqasının pley-off oyunlarından sonra bəlli olacaq.

Daha çox xəbər:

AVRO-2024: Fransa və Portuqaliya bu gün final mərhələsinə vəsiqəni təmin edə bilərlər - AFİŞA
Gündəm / İdman
Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib
Gündəm / İdman
Türkiyədə ard-arda zəlzələ oldu
Gündəm / Dünya
De Byazidən 0:5 hesablı məğlubiyyətdən sonra qəribə açıqlama: “Əla oyun göstərdik”
Gündəm / İdman
"Qarabağ"ın rəqibinin baş məşqçisi bu klubları istəyir
Gündəm / İdman