Gündəm / Cəmiyyət
04 mart 2024
0
Ermənistan itkin düşən əsgərimizlə bağlı cinayət işinə xitam verdi
Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib.
Bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Ruslan Pənahovun səhvən Ermənistan tərəfinə keçdiyi müəyyən edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.
Daha çox xəbər:
Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb
Gündəm / HadisəErmənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb
Gündəm / DünyaBu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si keçiriləcək
Gündəm / Dünyaİtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi
Gündəm / CəmiyyətErmənistanda əsir saxlanılan Aqşin anasına zəng etdi - Video
Video