Gündəm / Dünya
08 mart 2024
1

Son aylarda dünyada islamofobiya 335 faiz artıb



İslamofobiya elə bir irqçilikdir ki, Qərbdə daha aydın görünür. Belə ki, son aylarda dünyada islamofobiya 335 faiz artıb. Bundan əlavə, Yeni Zelandiyada 51 nəfər müsəlman öldürülüb.

Bu sözləri Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın planer iclasında söyləyib.

O bildirib ki, Böyük Britaniyada müsəlmanlar daha çox yoxsulluq vəziyyətində yaşayır və onların 35 faizi islamofobiyaya məruz qalır:

“Oradakı müsəlmanların 32 faizi isə düşünür ki, onlar dominantlığa məruz qalırlar. Hətta uşaqlar elə düşünür ki, müsəlmanlar ölkəni işğal edəcək. Bu da müsəlmanların ədavətin qurbanı olduğunu göstərir”,- deyə Əfzal Xan vurğulayıb.

Əfzal Xan əlavə edib ki, Britaniyada böyük partiyalarda belə müsəlmanlara qarşı ədalətsizliklər var:

“Hətta Baş nazir belə müsəlmanlara qarşı qərəzli münasibət göstərir. Ona görə də bu problemi həll etmək üçün əvvəlcə rəhbərlər dəyişilməlidir. Bu, endemik problemdir. Bu mübarizə yalnız islamofobiyaya qarşı yox, həmçinin irqçiliyə qarşı mübarizədir”.