Gündəm / Cəmiyyət
27 iyun 2020
46
Maska taxmamağa görə tətbiq edilən cərimənin miqdarı bir neçə dəfə artırılır? - AÇIQLAMA
Milliinfo.az
Xəbər verdiyimiz kimi iyunun 25-də 547 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. İnsanların bir çoxu hələ də avtobuslarda, parklarda və ticarət mərkəzlərində qoruyucu tibbi maskadan istifadə etmədən gəzirlər. Təbii ki, bu da gündəlik olaraq koronavirusa yoluxanların sayının artmasına səbəb olur. Qeyd edək ki, maskadan istifadə etməyənlər üçün 50 manat cərimə nəzərdə tutulub. Lakin yenə də insanlar qoruyucu tibbi maskalardan istifadə etmirlər. Maskadan istifadə etməyənlərə qarşı tətbiq edilən cərimənin miqdarı arıtrıla bilərmi? Çünki qonşu Türkiyə və Avropada maskadan istifadə etməyənlərə tətbiq edilən cərimə miqdarı xeyli yüksəkdir.
Bununla bağlı Sonxbeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövləti təkcə milli deyil, həmdə regional və qlobal ruhda çıxış edib:
"Beynəlxalq səviyyədə mübarizə tədbirlərinə öz töhfəsini verib. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirləri xalq tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə beynəlxalq aləmdə Azərbaycan 29 dövlətə müxtəlif yardımlar etmişdi. Dünya Səhiyyə Təşkilatına iki dəfə donorluq edərək 5 milyon dollar vəsait ödəmişdi. Bundan əlavə çox zəngin sosial paket təqdim edilmişdi. Atılan addımlar bir daha sübut etdi ki, dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bundan əlavə cənab prezidentin "biz birlikdə güclüyük" çağırışına Azərbaycan xalqı birmənalı olaraq adekvat cavab verdi. İnsanlarımız ölkə rəhbərinin sərəncamı ilə yaradılan Koronaviusla Mübarizəyə Dəstək Fonduna imkanları nəyə çatır, ianələr etdilər. Birinci dəfə sərt karantin rejimi tədbiq edilən zaman vətəndaşlarımızın çoxu qoyulan qaydalara əməl etdilər. Bu gün də riayət etməkdədirlər. Biz bilirik ki, koronavirusla mübarizədə daha çox yük səhiyyə işçilərin üzərinə düşür. Səhiyyə işçiləri aylardır ki, evlərinə getmədən xəstəxanalarda həyatlarını təhlükəyə ataraq bu xəstəliklə mübarizə aparırlar. Onlar Azərbaycan vətəndaşını qorumaq üçün əllərindəki bütün imkanlardan istifadə edirlər. Eləcə də hüquq-mühafizə orqanlarının işçiləri uzun müddətdir ki, insanlarımızın sağlamlığını qorumaq üçün gecə-gündüz çalışırlar. Amma təəssüf ki, bu günə kimi sosial məsuliyyətini dərk etməyən, baş verənləri oyun adlandıran insanlarımız da var. Düşünürəm ki, tədbiq olunan cərimələrin miqdarı artırılsın.
Bilirsiniz ki, pozulan qaydalara görə Milli Məclisdə inzibati xətala məcələsində dəyişikliklər etdik. Mütləq şəkildə cərimələrin miqdarı artırılmalıdır. Qaydaları pozan insanlarla bağlı bütün qanunlarda dəyişikliklər olunmalıdır. Dünyanın əksər ölkəsində görürük ki, tədbiq olunan cərimələr Azərbaycandakından qatbaqat çoxdur. Ona görə də həmin ölkələrdə sosial məsuliyyətini dərk etməyən insanlara cərimələr tədbiq edəndən sonra onlar da qoyulan qaydalara əməl edirlər. Bu gün dövlət üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirib. Səhiyyə işçiləri gecə-gündüz öz həyatlarını təhlükəyə ataraq ön cəbhədə gözlə görünməyən düşmənlə mübarizə aparırlar. Vətəndaşlarımızın çoxu qoyulan qaydalara və sanitar-gigiyenik normalara əməl edirlər. Amma az sayda qoyulan qaydalara əməl etməyən insanlar dövlətin gördüyü işlərin, tibb sahəsində çalışanların və daxili işlər orqanların işçilərinin əməyinin üzərindən xətt çəkirlər. Onlar həm də milli təhlükəsizliyimizi riskə atırlar. Ona görə də düşünürəm ki, qoyulan qaydalara əməl etməyən insanlara qarşı tədbiq edilən cərimələrin miqdarı qaldırılmalı, sərt şəkildə cəzalandırılmaıdırlar. Çünki onlar bu qədər görülən işlərin üzərindən xətt çəkməklə yanaşı insanlarımızın həyatını təhlükəyə atırlar. Təcili olaraq biz qanunlarda dəyişikliklər etməliyik və cərimələr bir neçə dəfə qaldırılmalıdır".

Daha çox xəbər:
Bakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Cəmiyyət / SosialMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / SosialKoronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMA
---Koronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadıla bilərmi?- AÇIQLAMA
Cəmiyyət / SosialBayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA
İqtisadiyyat / Cəmiyyət / Sosial