Gündəm / Cəmiyyət
12 mart 2024
0
Azərbaycan Sərsəngin təmirinə başlayır
Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30 faizi Qarabağ ərazisindədir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var", - Ə.Şirinov qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı bol sulu çayların sularını istifadə edərək yeni su anbarları inşa ediləcək:
"Beləliklə Qarabağ suyunun həm onun ərazisində, həm də Aran zonasında istifadəsinə nail olacağıq".
Daha çox xəbər:
Prezident Köndələnçayda aparılacaq təmir-bərpa işləri ilə tanış oldu
Gündəm / SiyasətPrezident və xanımı "Yuxarı Baş” ərazisində aparılan təmir-bərpa işləri ilə tanış oldu
Gündəm / SiyasətDövlət Komitəsi: “Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir”
Gündəm / Cəmiyyət"Azneft" dairəsində təmir işləri aparılacaq - Yol bağlanacaq
Gündəm / Sosialİçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
Mədəniyyət